Qarabağ Universitetində Ümummilli Lider Heydər Əli...
11:42 12.12.2024
0
0
0
COP29 məkanında fəaliyyət göstərəcək iaşə xidmətləri dayanıqlılıq prinsipləri əsasında təşkil ediləcək. Belə ki, qidalanma üçün yerli və mövsümi məhsullardan istifadə olunacaq. Xaricdən idxal olunacaq məhsullara mümkün qədər az üstünlük verilərək, ərzaqların daşınma məsafəsinin qısalması ilə karbon izinin azalmasına töhfə vermiş olacağıq.
"Şərq qapısı" xəbər verir ki, bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
"Menyuların təqdimatında QR koddan istifadə ediləcək. Bununla da kağızdan istifadənin qarşısını almaq mümkün olacaq. COP komandası və könüllülərin qidalanması COP Əməliyyat Şirkəti tərəfindən təmin ediləcək", - deyə o əlavə edib.
Digər xəbərlər