COP29-da Ermənistanın Azərbaycana qarşı törətdiyi ...
19:28 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
İqlim dəyişikliyi, müasir dövrün ən ciddi ekoloji problemlərindən biri olaraq dünya miqyasında geniş əhatə dairəsinə malikdir. İqlim dəyişikliyinin nəticələri, resursların tükənməsi, ekosistemlərin məhvi, təbii fəlakətlərin artması və insan sağlamlığına təsir edən ciddi problemləri əhatə edir. BMT-nin İqlim Dəyişməsi üzrə Konfransı (COP) çərçivəsində keçirilən COP29-u gənclərin ekoloji məsələlərə yanaşmasını formalaşdırmaq və onların bu sahədəki məsuliyyətlərini artırmaq üçün mühüm platformalardan biri kimi qeyd etmək olar. COP29-un gənclərə ekoloji məsələlərdəki rolu və onların bu sahədə məsuliyyətli yanaşmasını necə gücləndirə biləcəyi üzərində geniş müzakirələr aparsaq, bu konfransın gənclər üçün yaratdığı imkanlar və onun təsirləri ilə yanaşı, gənclərin ekoloji aktivizminin vacibliyini də vurğulaya bilərik.
İqlim dəyişikliyi gənc nəsil üçün birbaşa təsir edən bir məsələdir. Çünki gənclər, daha uzun bir gələcək ilə qarşılaşacaqları üçün bu məsələlərə diqqət yetirmələri zəruridir. Beynəlxalq təşkilatların 2023-cü ildə apardığı tədqiqatlara görə, gənclərin 75 faizi iqlim dəyişikliyi ilə bağlı narahatlıq hissi keçirir. Bu narahatlığın səbəbləri arasında hava dəyişiklikləri, resursların azalması, ekosistemlərin məhvi, sosial ədalət və bərabərlik qeyd edilir.
COP29 gənclərə bu problemləri anlamaq və onlara qarşı mübarizə aparmaq üçün imkanlar təqdim edir. Bu tədbir, gənclərin ekoloji biliyini artırmağın, onların aktiv iştirakını təmin etmənin və gələcəkdə iqlim dəyişikliyinə qarşı daha təsirli tədbirlər görmələrinin yolunu açır. COP29 gənclərin iştirakını təşviq edən bir tədbirdir. Bu konfrans, bir sıra dövlət qurumlarının, müxtəlif gənclər təşkilatlarının, ekoloji aktivistlərin və mütəxəssislərin bir araya gəlməsini təmin edir. Gənclərin, iqlim dəyişikliyi ilə mübarizə məqsədilə öz ideyalarını və layihələrini təqdim edə biləcəyi bir mühit yaradır. COP29 çərçivəsində keçirilən gənclər forumları, gənclərin fikirlərini ifadə etmələri və ekoloji məsələlərə daha geniş bir perspektivdən yanaşmaları üçün mühüm bir müstəvi təmin edir.
Bu tədbirin gənclərə olan təsiri bir neçə istiqamətdə özünü göstərir ki bunlar da aşağıdakı kimi qeyd edilə bilər:
Gəncləri ekoloji məsələlərdə aktiv iştirak etməyə təşviq edir. Təşkil olunan forumlar və müzakirələr, gənclərə öz fikirlərini sərbəst ifadə etməyə imkan tanıyır. Bu, onların öz güclü və zəif tərəflərini anlamağa kömək edir.
Gənclərin müxtəlif bölgələrdən olan aktivistlərlə tanış olmalarını və təcrübə mübadiləsi aparmalarını təmin edir. Bu, gənclərə geniş bir şəbəkə yaradaraq ekoloji məsələlərdə daha təsirli olmalarına imkan tanıyır.
Bir sıra startap layihələrində gənclərə ekoloji layihələr üçün maliyyə dəstəyi və resurslar təqdim olunur. Bu, onların layihələrini reallaşdırmalarına və daha geniş auditoriyaya çatmalarına kömək edir.
Gənclərə fikirlərini müzakirə etməyə və yeni ideyalar irəlilətməyə imkan tanıyır. Gənclərin ekoloji problemlər üzərində müzakirələri, onların düşüncə tərzini genişləndirir və yeni yanaşmaların ortaya çıxmasına səbəb olur.
Gənclərin ekoloji məsələlərə məsuliyyətli yanaşmasını artırmaq üçün bir neçə tədbir görülə bilər. Misal, ekoloji problemlər barədə geniş maarifləndirmə kampaniyaları gənclərin məlumatlılığını artırır. Bu kampaniyalar, gənclərə ətraf mühitin qorunması və ekoloji aktivizm haqqında tam ətraflı məlumat qazandıra bilər. Ekoloji məsələlər haqqında biliklərin artırılması üçün məktəblərdə və universitetlərdə təhsil proqramlarının keçirilməsi vacibdir. Bu proqramlar gənclərin ekoloji problemləri anlamaq və onlara qarşı mübarizə aparmaq üçün lazım olan bilikləri əldə etmələrini təmin edər. Eyni zamanda gənclərin ekoloji layihələrdə iştirak etmələri, onların məsuliyyətli yanaşmalarını gücləndirir. Bu layihələr, gənclərin ekoloji problemlərlə mübarizəyə daha aktiv qatılmalarını təşviq edir. Məsələn, gənclərin təbiəti qorumaq üçün həyata keçirdikləri təmizlik aksiyaları və ya ağac əkilməsi kampaniyaları bu yanaşmaya misal ola bilər.
COP29-un gənclərin ekoloji yanaşmalarına təsiri genişdir. Bu tədbir gənclərin ekoloji məsələlərdə daha aktiv olmasına və bu sahədə liderlik rolunu üstlənməsinə şərait yaradır. Gənclərin bu cür tədbirlərdə iştirakı, onların öz fikirlərini formalaşdırmalarına, ekoloji aktivizmin tələblərini anlamalarına və məsuliyyət hisslərini artırmalarına kömək edir.
Nəticə olaraq gənclərin ekoloji məsələlərə məsuliyyətli yanaşmasını formalaşdırmaq, yalnız ekoloji bilincin artırılması ilə deyil, eyni zamanda gənclərin aktiv iştirakını təşviq etməklə mümkündür. COP29 bu istiqamətdə gənclərə geniş imkanlar təqdim edir. Gənclərin ekoloji məsələlərdə aktiv olmaları, gələcək nəsillərin həyat standartlarının qorunması və planetin sağlamlığı üçün vacibdir. Bu səbəbdən, gənclərin COP29-da iştirak etmələri, onların ekoloji məsuliyyətlərini gücləndirməyə və ekoloji aktivizmlə tanış olmalarına imkan tanıyır. Gənclərin bu sahədəki rolu, yalnız indiki dövr üçün deyil, gələcək üçün də əhəmiyyətlidir.
Bununla yanaşı, gənclərin ekoloji məsələlərdə aktiv olmasını təmin etmək üçün maarifləndirmə, təhsil və sosial mühitin yaradılması mütləqdir. COP29 gənclərin bu məqsədə çatmasına kömək edəcək bir platforma olaraq onların ekoloji məsuliyyətlərini artırmağa və gələcəkdə daha sağlam bir planet üçün mübarizəyə qoşulmalarına dəstək verir. Gənclərin bu sahədəki rolu yalnız özləri üçün deyil, bütün cəmiyyət üçün müsbət təsir yaradır.
Hüseyn İMANOV
Naxçıvan Dövlət Universiteti,
Meliorasiya və ekologiya mühəndisliyi kafedrasının müəllimi
Digər xəbərlər