NAXÇIVAN :

02 May 2026, Şənbə

“Clean Energy Capital” ilə dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalanıb

...

Energetika Nazirliyi ilə “Azerbaijan Green Energy Company” MMC-nin törəmə müəssisəsi olan “Clean Energy Capital” MMC şirkəti arasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalanıb.

"Şərq qapısı" xəbər verir ki, Energetika Nazirliyindən bildirilib ki, icra müqaviləsi çərçivəsində ilkin mərhələdə 200 MVt olmaqla, ümumilikdə 600 MVt gücündə dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır.

İcra müqaviləsinə uyğun olaraq “Clean Energy Capital” MMC Xəzər dənizində müəyyən olunmuş su obyektində tədqiqatlar aparacaq.

Nəşr edilib : 28.11.2025 18:53