NAXÇIVAN :

22 Yanvar 2025, Çərşənbə

BMT Baş katibi: COP30-a qədər ölkələr iqlim dəyişikliyi ilə mübarizə üzrə yenilənmiş planlar təqdim etməlidir

...

Ölkələrin hökumətləri Braziliyada keçiriləcək COP30-a qədər iqlim dəyişikliyi ilə mübarizə üzrə yeni milli fəaliyyət planları hazırlamalıdır.

"Şərq qapısı" xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bu gün Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, planlar həm də qlobal enerji keçidinin sürətləndirilməsi hesabına qlobal temperaturun artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılmasını nəzərdə tutmalıdır.

Nəşr edilib : 22.01.2025 16:19