NAXÇIVAN :

17 Oktyabr 2024, Cümə axşamı

Belarusun Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir

...

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Pavel Muraveyko "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 25-də Bakıya gəlib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirə olunması məqsədilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Nəşr edilib : 25.09.2024 09:38