NAXÇIVAN :

02 Sentyabr 2026, Çərşənbə

Almaniya Kansleri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

...

Almaniya Kansleri Fridrix Merts ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
"Şərq qapısı" xəbər verir ki, Kansler Ofisinin yaydığı məlumatda telefon danışığı zamanı Fridrix Mertsin Leypsiq hava limanına edilən hibrid hücumun mənbəyinin müəyyənləşdirilməsi barədə Prezident Volodimir Zelenskini məlumatlandırdığı bildirilib. Kansler vurğulayıb ki, Ukrayna Almaniyanın həm mülki, həm də hərbi dəstəyinin davamlılığına etibar edə bilər.
Ukrayna Prezidenti isə Almaniyanın göstərdiyi yardıma, o cümlədən hava hücumundan müdafiə sahəsindəki dəstəyinə görə təşəkkürünü bildirib.

Nəşr edilib : 02.09.2026 22:12