Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyət...
14:07 12.08.2026
0
0
0
Cari ilin 6 ayı ərzində “Blumberq” ticarət sistemində banklararası təminatsız bazar üzrə ümumi həcmi 55,7 milyard manat təşkil edən 1530 əqd bağlanıb. Bu əməliyyat həcmi 35 faiz çoxdur.
"Şərq qapısı" Mərkəzi Bankın yarım illik "Pul Siyasəti İcmalı"na istinadla xəbər verir ki, bağlanan əqdlərin həcm baxımından 96 faizi 1-3 günlük əməliyyatlar hesabına formalaşıb. Hesabat dövründə banklararası təminatsız bazarda formalaşan faizlərdə azalma baş verib.
İlin ilk rübündə bağlanmış əqdlər üzrə orta faiz dərəcəsi 6,58 faiz təşkil edib, ikinci rübdə isə bu göstərici 6,44 faizə enib. Ümumilikdə, cari ilin birinci yarısında təminatsız bazarda orta faiz dərəcəsi 6,55 faiz olub ki, bu da 0,71 faiz bəndi azdır.
Bazarın təminatsız seqmenti ilə yanaşı, repo bazarında da aktivlik yüksək olub. Xüsusilə, bu ilin ikinci rübündə son dövrlərin ən yüksək əməliyyat həcmi qeydə alınıb. Cari ilin 6 ayında repo bazarında ümumi həcmi 20,6 milyard manat təşkil edən 3015 əqd bağlanıb ki, bu əqdlərin həcm baxımından 87 faizi bankların iştirakı ilə formalaşıb. Repo əqdlərinin 90 faizini 6-8 günlük əməliyyatlar təşkil edib.
Repo əməliyyatları üzrə orta çəkili faiz dərəcəsinin rüblər üzrə azalma meyli davam edib. Belə ki, orta faiz dərəcəsi ilin ilk rübündə 6 faiz təşkil etdiyi halda, ikinci rübdə 5,68 faizə enib. Ümumi olaraq, cari ilin birinci yarısında repo əqdləri üzrə orta faiz dərəcəsi 5,83 faiz təşkil edib ki, bu da 1,08 faiz bəndi azdır.
Digər xəbərlər