Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayənd...
15:58 09.09.2026
0
0
0
NAXÇIVAN :
09 Sentyabr 2026, Çərşənbə
Bir çox hallarda qlobal iqlim maliyyəsi arxitekturası həddindən artıq parçalanmış və vasitəçilərdən asılı olaraq qalır. Bu isə əməliyyat xərclərini artırır və dəstəyin ən çox ehtiyacı olan icmalara çatdırılmasını ləngidir. Məhz belə şəraitdə COP29 Sədrliyi “Sülh, humanitar yardım və bərpa üçün iqlim fəaliyyəti üzrə Bakı Çağırışı”nı irəli sürdü və iqlim–sülh–inkişaf əlaqəsi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün praktiki platforma kimi “Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması”nı yaratdı.
"Şərq qapısı" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “Bakı İqlim Fəaliyyəti 2026” çərçivəsində keçirilən "Sülh, humanitar yardım və bərpa üçün dövlət və özəl sektorun iqlim maliyyəsinin səfərbər edilməsi" adlı dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, platformanın yanaşmasının əsas komponentlərindən biri inteqrasiya olunmuş iqlim–sülh həllərini praktikada sınaqdan keçirmək və gələcək investisiyalar üçün geniş miqyasda tətbiq oluna bilən modellər yaratmaq məqsədilə pilot layihələrin həyata keçirilməsidir: "COP29-da bu təşəbbüsə əminliklə başladıq. Pilot layihələrin həyata keçirilməsi milli sahibliyi gücləndirən, maraqlı tərəflər arasında koordinasiyanı asanlaşdıran və işlərin icrasına nəzarət edən birgə işçi qrupları vasitəsilə əlaqələndirilir. Artıq Qambiya, Qvineya-Bisau və Çad ilə birgə işçi qrupları yaratmışıq. Bu gün Qvineya-Bisau hökumətinin liderliyini və güclü öhdəliyini xüsusi qeyd etməkdən qürur duyuram. Həmçinin məmnunluqla bildirirəm ki, Qvineya-Bisau üzrə pilot layihə üçün bütün zəruri sənədləşdirmə işlərini başa çatdırmışıq və layihə qısa müddətdə Yaşıl İqlim Fondunun Hazırlıq Proqramı çərçivəsində təqdim ediləcək".
Digər xəbərlər