NAXÇIVAN :

09 Sentyabr 2026, Çərşənbə

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

...

Enerji keçidi çərçivəsində yeni elektrik enerjisi istehsalçılarının sistemə qoşulması və onların fəaliyyətinin şəbəkə ilə əlaqələndirilməsi mühüm məsələlərdəndir. Bu prosesdə dövlətlə yanaşı, özəl sektorun iştirakı da vacibdir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Soltanov bp və tərəfdaşlarının bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində yerli mütəxəssislərin inkişafına dəstək məqsədli yeni sosial sərmayə layihəsinin təqdimatında deyib.

O bildirib ki, özəl sektor bu sahədə dövlətlə birlikdə fəaliyyət göstərməlidir.

“Enerji keçidi ilə bağlı layihələrdə iqtisadi səmərəliliyin hesablanması da mühüm istiqamətdir”,- deyə o qeyd edib.

Nəşr edilib : 09.09.2026 15:24