NAXÇIVAN :

06 Fevral 2026, Cümə

"Azeri Light" nefti ucuzlaşıb

...

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,41 ABŞ dolları və ya 0,59% azalaraq 69,47 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,88 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Nəşr edilib : 05.09.2025 10:03