Ulduzlara toxunan ünvan
11:16 21.08.2026
0
0
0
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 115 yeni icarə müqaviləsi bağlanılıb.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bunlardan 80-i qeyri-yaşayış, 35-i isə torpaq sahələrinə aid olub. 149 icarə müqaviləsinin müddəti uzadılıb.
Yanvar-iyul ayları ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən, ümumilikdə, 577 min manat vəsait ödənilib. Bu dövrdə dövlət büdcəsinə daxilolmalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 44,8 faiz artıb.
Digər xəbərlər