Bp Azərbaycanla əməkdaşlıq çərçivəsində Naxçıvan D...
13:10 21.08.2026
0
0
0
Birinci Qarabağ müharibəsinin itkin şəhidi İsmayılov Sərdar Cəfər oğlu Neftçala rayonunun Astanlı kənd qəbiristanlığında dəfn olunub.
"Şərq qapısı" verir ki, əvvəlcə itkin şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra itkin şəhid hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Sərdar İsmayılov 1971-ci ildə Neftçala rayonunun Astanlı kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1992-ci ildə Ağdərənin Çıldıran kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Sərdar İsmayılov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan şəhidlərdən biridir.
Digər xəbərlər