NAXÇIVAN :

21 Avqust 2026, Cümə

Muxtar respublikada 39 dövlət əmlakı özəlləşdirilib

...

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən muxtar respublikada 39 dövlət əmlakı özəlləşdirilib.

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, özəlləşdirmədən daxil olan 137,9 min manat vəsait muxtar respublika büdcəsinə ödənilib.

 Cari ilin 7 ayında muxtar respublikada 43 hərrac keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə keçirilmiş hərracların sayı 2,4 faiz çox olub.

Nəşr edilib : 21.08.2026 10:39