NAXÇIVAN :

02 May 2026, Şənbə

Azərbaycanın sənədli irsinin UNESCO-nun “Dünya Yaddaşı Reyestri”nə daxil edilməsi ilə bağlı tədbirlər görüləcək

...

Azərbaycanın sənədli irsinin UNESCO-nun “Dünya Yaddaşı Reyestri”nə daxil edilməsi ilə bağlı tədbirlər görüləcək.

"Şərq qapısı" xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb.

Sənədə əsasən, Mədəniyyət Nazirliyi Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2026-2030-cul illərdə nominasiya üçün mədəni irs nümunələrinin seçilməsini, hər il azı 1 nominasiya sənədinin hazırlanaraq təqdim olunmasını, Azərbaycanın mədəni irs nümunələrinin “Dünya Yaddaşı Reyestri”nə daxil edilməsinə nail olunmaqla, geniş təbliğini həyata keçirməlidir.

Nəşr edilib : 14.01.2026 17:15