Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında imzalanmış 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, iki ölkə nümayəndələri arasında hərbi təbabət üzrə ekspert görüşü keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovnik-leytenantı Anar İsmayılov Azərbaycanda səfərdə olan Serbiya Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Radivoje Andelkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin Tibb İdarəsində keçirilən görüşdə iki ölkə arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qonaqlara Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, eləcə də hərbi tibbi təchizatla bağlı brifinq təqdim olunub. Görüşdən sonra serbiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı və Hərbi Tibb Fakültəsini ziyarət edib, burada yaradılan şərait ilə yaxından tanış olub.
Digər xəbərlər