NAXÇIVAN :

22 Aprel 2025, Çərşənbə axşamı

Azərbaycan-Çin strateji tərəfdaşlığı: regional və qlobal sülh, sabitlik və inkişaf nümunəsi

...

Azərbaycanın sülh, dialoq və əməkdaşlığa xidmət edən,praqmatik yanaşmaya əsaslanan çoxvektorlu, balanslı xarici siyasəti nəinki qonşu ölkələrin, hətta bir-birindən xeyli aralıda, uzaq coğrafiyada yerləşən respublikaların yaxınlaşmasına, dost münasibətlər qurmasına səbəbiyyət yaradır. Məharətli diplomatiya sayəsində qurulanAzərbaycan-Çin əlaqələridə təkcə ikitərəfli müstəvidə əhəmiyyət daşımır, həm dəqitələrarası ticarət, mədəniyyət körpüsü inşa edibmühüm iqtisadi, siyasi güc amilinə çevrilməklə beynəlxalq münasibətlərin tənzimlənməsində, yeni dünya düzəninin formalaşmasında xüsusi rol oynayır. Qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə söykənən ikitərəfli münasibətlər son illərdə yüksələn xətlə inkişaf edir, dünya siyasi, iqtisadi sistemində əhəmiyyətini xeyli gücləndirir, təsir dairəsini genişləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin Sinxua agentliyinə müsahibəsində də ölkələrimiz arasında mövcud münasibətlərin dinamikliyindən məmnunluq ifadə olundu, bu əlaqələrin gələcək perspektivlərinə dair mühüm məqamlara toxunuldu, nikbin fikirlər səsləndirildi...

Azərbaycanla Çin arasında diplomatik əlaqələr 33 il əvvəl, daha dəqiq desək, 1992-ci il aprel ayının 2-də qurulub. Bir az əvvəldə qeyd etdiyimiz kimi, son illərdə ölkələr arası münasibətlər yüksək inkişaf yoluna qədəm qoyub, müxtəlifsəviyyəli işgüzar səfərlər zamanı yeni əməkdaşlıq istiqamətləri müəyyənləşib. Bu baxımdan Azərbaycan- Çin əlaqələrində diplomatik münasibətlərin 32-ci ildönümünü, 2024-cü ili müstəsna əhəmiyyətli dövr kimi xarakterizə etmək olar. Belə ki, ötən il iyulun 3-də imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə ölkələrarası qarşılıqlı etimadın və əməkdaşlığın təməlləri daha da möhkəmləndirilib, dünya iqtisadi sisteminin mənzərəsini dəyişdirə biləcək vacib strateji hədəflər müəyyənləşdirilib. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində hər iki respublika arasında mövcud əməkdaşlığın, eləcə də çoxtərəfli münasibətlərin parametrlərini təhlil edən zaman ilk olaraq məhz sözügedən bəyannaməyə toxundu: “Bəyannamədə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Bununla yanaşı, biz razılaşdıq ki, əməkdaşlığı gələcəkdə də genişləndirək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edək”.

Tərəfdaşlığın mühüm nailiyyəti, qitələri birləşdirən optimal ticarət körpüsü  –

Orta dəhliz

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığa dair rəsmi razılıq ötən il əldə olunsa da, iki ölkənin tərəfdaşlığı,əslində, illər öncədən strateji əhəmiyyət qazanıb. Bu baxımdan Si Cinpinin2013-cü ildə irəli sürdüyü və tarixi İpək Yolunun bərpasına xidmət edən “Bir kəmər, bir yol” təşəbbüsünü xüsusi vurğulamaq lazımdır. Azərbaycan bu nəhəng layihəyə verdiyi önəmi təkcə sözlə deyil, əməli fəaliyyətlə də göstərib və uğurlu praktik nəticəyə nail olub. Məhz 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə səfəri zamanı ikitərəfli əməkdaşlıqda mühüm önəm daşıyan “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun imzalanması bu istiqamətdə dəstəyin göstəricisinə çevrilib. 2017-ci ilin oktyabrında isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə həmin layihəni əyani şəkildə təsdiqləmiş olan ölkəmizin bu mütərəqqi addımı Çin hökuməti tərəfindən yüksək dəyərləndirilib. Məhz qısa zaman kəsiyində cərəyan edən bu böyük ictimai-siyasi hadisələri, əldə olunan iqtisadi nailiyyətləri analiz edəndə bir dahaaydın olur ki, Azərbaycan-Çin strateji tərəfdaşlığının başlanğıc nöqtəsi 10 il öncəyə dayanır.

Ötən il imzalananStrateji tərəfdaşlığa dair bəyannamə isətərəflər arasında əməkdaşlıq körpüsünün möhkəmlənməsinə, birgə reallaşdırılan nəhəng layihələrin rentabelliyinin artırılmasına xidmət edən hüquqi əsasları,baza prinsiplərini müəyyənləşdirib. Sənəddə Çin tərəfi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir. Təqdirəlayiq haldır ki, hazırda nəqliyyat-logistika baxımından Azərbaycan-Çin strateji tərəfdaşlığına mühüm töhfə kimi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhliz Mərkəzi Asiya və Azərbaycandan keçməklə çox perspektivli bir layihəyə çevrilməkdədir.Ölkə başçımız Çin media agentliyinə xüsusi müsahibəsində bir daha respublikamızın bu lahiyənin inkişafına böyük önəm verdiyini qeyd etdi, dialoq və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr qazandıran dəhlizin beynəlxalq ticarət üçün yeni imkanlar yaratdığını vurğuladı. Sitat: “Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”.

Ümumiyyətlə, iki dövlət arasında son 10 ildə iqtisadi sahədə əsas müzakirə mövzusu məhz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, digər bir adla desək, Orta dəhlizlayihəsidir. Bu çərçivədə ötən il bir sıra əlamətdar hadisələrlə yadda qalıb, beynəlxalq nəqliyyat xətti ilə yükdaşımalarda növbəti nailiyyətlərdən biri kimi mart ayında Sian limanından birinci konteyner blok-qatarı yola salınıb. İlk qatar Bakıyadək məsafəni 11 günə qət edib. Noyabrın 24-də isə Bakı-Sian ilk ixrac blok-qatarı ilə 62 ədəd 40 futluq konteyner həcmində 1664 ton koks yükü multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Siana göndərilib. Bununla da yerli sahibkarlar üçün yüklərini birbaşa Çin bazarına çıxarmaq imkanı yaradılıb.Bu dəhlizə dair genişlənən əməkdaşlıqlar fonunda 2025-ci ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının 3 dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Və bütün bu proseslər belə deməyə əsas verir ki, Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Bu yola alternativ yoxdur.Orta dəhlizin timsalında ötən il Azərbaycan-Çin ticarət tərəfdaşlığı da xeyli gücləndirilib, daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. Ümumilikdə, ötən il Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.

Azərbaycan-ŞƏT:çoxtərəfli dialoqa, səmərəli əməkdaşlığa xidmət

Azərbaycanla Çin arasında ikitərəfli əməkdaşlıqların dərinləşdirilməsi və beynəlxalq münasibətlərin formalaşmasına töhfə olaraq çoxtərəfli dialoqun möhkəmləndirilməsi baxımından Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) rolu xüsusidir. 2001-ci ildə 6 ölkə – Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunan təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, o cümlədən siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Respublikamızınbu beynəlxalq təşkilatla əməkdaşlığı terrorizm, ekstremizm və separatçılıqla mübarizə, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi kimi müxtəlif sahələri əhatə edir.

Prezident İlham Əliyev hər zaman Şanxay Əməkdaşlıq Təşkilatının beynəlxalq rolunun güclənəcəyinə dair yüksək fikirlərlə çıxış edir, Azərbaycan-Çin qarşılıqlı fəaliyyətinrespublikamızın ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcəyini vurğulayır. Ötən il iki ölkə arasında strateji tərəfdaşlığn rəsmləşdirilməsininməhz ŞƏT-in Astana sammitinə təsadüf etməsini bu baxımdan dövlət başçımızın praqmatik ideya və məharətli diplomatiyasının təntənəsi kimi dəyərləndirmək olar.Sinxua agentliyinə müsahibəsində də dövlətimizin başçısı Azərbaycan tərəfinin ŞƏT-in fəaliyyətinə böyük əhəmiyyət verdiyini və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşdüyünü diqqətə çatdırdı,Çinin “Şanxay ruhunun təşviqi: ŞƏT fəaliyyətdədir” devizi altında təşkilata sədrliyininonun institusionallaşdırılmasına və beynəlxalq arenada rolunun gələcəkdə də möhkəmlənməsinə kömək edəcəyini bildirdi: “ÇXR ŞƏT-in təsisçi ölkələrindəndir və təşkilatın inkişafının aparıcı güclərindən biri olaraq qalır. Əminəm ki, Çinin sədrliyi üzrə geniş proqramı çərçivəsində səyləri ŞƏT prinsipləri əsasında çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə, həmçinin onun vəzifələrinin həyata keçirilməsinə əlavə impuls verəcək”.

Ümumilikdə, Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sinxua agentliyinə müsahibəsində yer alan dərinməzmunlu fikirləriiki ölkə arasında tarixi, mədəni bağların möhkəmliyindən, təhsil, innovasiya, humanitar, iqtisadiyyat, ticarət sahələrinə dair əlaqələrin dinamik inkişafından xəbər verir. Həmin müsahibədən yola çıxaraqdeyə bilərik ki, liderlərin davamlı xarakter alan görüşləri, səmərəli müzakirələr Azərbaycan-Çin münasibətlərini bundan sonra daha da möhkəmləndirəcək, strateji tərəfdaşlıq yeni müsbət məzmunla zənginləşəcək. Azərbaycan Prezidentinin yaxın vaxtlarda reallaşacaq növbəti səfərinin də strateji tərəfdaşlığa dair yeni əməkdaşlıq perspektivləri açacağına əminlik böyükdür: “Əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, qarşıdakı səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək”.

Nail ƏSGƏROV

Nəşr edilib : 22.04.2025 12:42