NAXÇIVAN :

08 Iyun 2025, Bazar

Qazaxıstan Prezidenti yeni müdafiə nazirinə döyüş hazırlığını gücləndirməyi tapşırıb

...

Qazaxıstan Prezidenti yeni müdafiə nazirinə döyüş hazırlığını gücləndirməyi tapşırıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni təyin etdiyi müdafiə naziri Dauren Kosanovu qəbul edib.
“Şərq qapısı” xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
“Görüş zamanı dövlət başçısı ordunun döyüş hazırlığının gücləndirilməsi, idarəetmə sisteminə rəqəmsal həllərin tətbiqi, Xüsusi Əməliyyat Qüvvələrinin imkanlarının genişləndirilməsi, sosial və ideoloji işin səmərəliliyinin artırılması, həmçinin hərbi infrastrukturun modernləşdirilməsi ilə bağlı bir sıra konkret tapşırıqlar verib”, – məlumatda qeyd olunur.
Daha əvvəl Tokayev 2022-ci ildən bu vəzifəni tutan müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovu vəzifəsindən azad etmək haqqında fərman imzalayıb. Müdafiə Nazirliyinin yeni rəhbəri Jaksılıkovun müavini – Qazaxıstanın Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanı aviasiya general-leytenantı Kosanov təyin edilib.

Nəşr edilib : 08.06.2025 17:40