Zərdabinin ruhunu şad edən Naxçıvan
19:01 08.06.2025
0
0
0
NAXÇIVAN :
09 Iyun 2025, Bazar ertəsi
İyunun 8-də Naxçıvanda yerləşən Heydər Əliyev Sarayında “Yeni Era” Uşaq və Gənclər Teatrının 2 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir keçirilib. Tədbir çərçivəsində teatrın ən son səhnə işi – “Məlikməmməd sehrli aləmdə” adlı ailəvi meqaşou tamaşaçılara təqdim olunub.
Tədbiri giriş sözü ilə açan teatrın direktoru Səyyad Məmmədov qonaqları salamlayaraq teatrın keçdiyi 2 illik inkişaf yolundan, həyata keçirilmiş layihələrdən və qarşıdakı məqsədlərdən bəhs edib. O bildirib ki, teatr yarandığı gündən bəri uşaqların və gənclərin mədəni inkişafı üçün geniş imkanlar yaradıb və nüfuzlu bir sənət ocağına çevrilib.
Peşəkar aktyorların iştirakı ilə hazırlanmış bu rəngarəng və texnoloji baxımdan zəngin səhnə əsəri böyük maraqla qarşılanıb. Əsər Azərbaycan xalq nağlının müasir teatr dili ilə təqdimatını əks etdirərək ailələr üçün həm əyləncəli, həm də maarifləndirici bir tamaşaya çevrilib.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Səyyad Məmmədov, quruluşçu rəssamı Araz Xudiyevdir. Obrazlara həyat verənlər aktyorlar: Padşah – Azərbaycanın Əməkdar artisti Behruz Haxverdiyev, Məlikməmməd – Nurlan Sultanlı, Məlikhəsən – Amil Yusifov, Məlikəhməd – Sadiq Əliyev, Dərzi – Zəminə Məmmədova, Vəzir – Anar Eyvazov, Əyan – Elşən Nəcəfov, Nəvə – Elnarə Dünyamalıyeva, Div – Ələsgər Quliyev, 1-ci Gözəl – Səkinə Məmmədova, 2-ci Gözəl – Aygün Eyvazova, 3-cü Gözəl – Zəhra Əsgərova, İlan – Vəfa Qurbanzadə, Simurq – Cəbrayıl Səfərli, Bala simurq – Hüseyn Məmmədov, rəqqasə – Şəms Ağakişiyevadır.
Gözoxşayan dekorasiyalar, işıq effektləri və peşəkar səhnə plastikasının sintezi nəticəsində tamaşa həm uşaqlar, həm də böyüklər üçün unudulmaz bir sənət hadisəsinə çevrilib.
Tamaşanı, ümumilikdə, 700-ə yaxın teatrsevər izləyib.
Teatrın 2 illik yubileyi münasibətilə keçirilən bu tamaşa, eyni zamanda Azərbaycan xalq nağıllarının müasir teatr forması ilə təbliği baxımından da önəmli addım oldu.
“Yeni Era” Uşaq və Gənclər Teatrı gələcəkdə də innovativ teatr layihələri, mobil səhnə çıxışları və ölkə daxilində teatr festivallarında iştirakla fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.
Digər xəbərlər