NAXÇIVAN :

08 Iyun 2025, Bazar

Xəbərdarlıq: Azərbaycanın bəzi dağlıq ərazilərində sel və daşqın təhlükəsi var

...

İyunun 9-11-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Nəşr edilib : 08.06.2025 18:45