Xəbərdarlıq: Azərbaycanın bəzi dağlıq ərazilərində...
18:45 08.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, iyunun 5-dən 7-dək Azərbaycan İdman Akademiyasının stadionunda keçirilən atletika üzrə ölkə çempionatında Naxçıvan Muxtar Respublikasının təmsilçisi Əmrah Nağıyev uğurlu çıxışı ilə seçilib.
O, 3000 metr məsafəyə maneəli qaçış və 5000 metr məsafəyə qaçış növlərində birinci yeri tutaraq iki qızıl medal qazanıb. Göstərdiyi yüksək nəticələr sayəsində Əmrah Nağıyev iyunun 24-də Sloveniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyətinə daxil edilib.
Qeyd edək ki, Əmrah Nağıyev Avropa çempionatına vəsiqə qazanmaqla bu uğura imza atan ilk naxçıvanlı atlet olub.
Digər xəbərlər