NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlığı genişləndirir

...

Cenevrə şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli ilə Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli arasında Təşkilatın yeni qərargahında görüş keçirilib.

"Şərq qapısı" xəbər verir ki, görüş zamanı BMMT ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı, habelə mülki müdafiə, fövqəladə hallara hazırlıq və fəlakət risklərinin azaldılması sahələrində əməkdaşlıq prioritetləri müzakirə olunub.

Görüşdə, həmçinin Təşkilatda həyata keçirilən cari islahatlar, institusional inkişaf və üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər, habelə BMMT-nin qarşıdan gələn İcraiyyə Şurası və Baş Assambleya sessiyalarına hazırlıq məsələləri müzakirə olunub.

Görüş çərçivəsində Təşkilatın qərargahında yerləşən Beynəlxalq Monitorinq və Koordinasiya Mərkəzinin fəaliyyəti barədə məlumat təqdim edilib. Mərkəzin imkanlarının genişləndirilməsi və fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan işlər diqqətə çatdırılıb.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlər və BMMT ilə Azərbaycan arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 20.10.2026 13:56