NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Apreldə Türkiyə Prezidenti ilə Yunanıstan Baş nazirinin görüşü ola bilər

...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstan Baş naziri Kiriakos Miçotakis Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində görüşə bilərlər.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə məlumat verib.

Onun sözlərinə görə, görüş bu ilin aprelində baş tuta bilər.

Nəşr edilib : 05.02.2025 15:10