Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə...
21:38 29.09.2026
0
0
0
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səfəri çərçivəsində Berlində keçirilən Almaniya-Qazaxıstan Biznes Forumunun açılış mərasimindəki çıxışında Orta Dəhlizin əhəmiyyətindən danışıb.
"Şərq qapısı" xəbər verir ki, Frank-Valter Ştaynmayer çıxışında 2023-cü ildə Qazaxıstana səfərini zamanı Kurık limanında olarkən Orta Dəhliz – Trans-Xəzər Dəhlizi barədə ətraflı məlumat aldığını vurğulayaraq deyib: “Bu marşrut Qazaxıstan, Xəzər dənizi, Cənubi Qafqaz və Avropa arasında strateji bağlantıya çevrilə bilər. Bunun üçün bizə təkcə dəmir yolları, avtomobil yolları və limanlar kifayət etmir. Bütün marşrut boyunca yüksəkötürücülü aşırma məntəqələri, daha sürətli gömrük prosedurları, rəqəmsal interfeyslər və etibarlı qaydalar lazımdır. Məhz buna görə də bu dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir. Gəlin, bunun üzərində işləməkdə davam edək”.
Digər xəbərlər