Qazaxıstan İƏT-də sədrliyi qəbul edəcək
21:28 03.12.2024
0
0
0
NAXÇIVAN :
03 Dekabr 2024, Çərşənbə axşamı
Tədbir Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İdeyanı reallaşdır 2023” qrant müsabiqəsinin qalibləri olan “KönüllüSən!” layihəsinin rəhbəri Röya Məmmədova, Naxçıvan könüllülərinin “Könüllülük fəaliyyətində yeni mərhələ” adlı regional forum layihəsinin rəhbəri Bəhriyyə Hüseynli və "Z nəsli könüllülər üçün intellektual plan" layihəsinin rəhbəri Araz Xəlilovun təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda baş tutub. Eyni zamanda iştirakçılara tədbir üçün hazırlanan maarifləndirici flayerlər paylanılıb.
Tədbirdə Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının əməkdaşı Fatimə Yusifli, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov, layihələrin koordinatoru Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı Aygül Məmmədova, NMİ TGT sədri Altay Cəfərli, muxtar respublikada bu sahədə layihə həyata keçirən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya mühəndisliyi ixtisası üzrə tələbəsi Mirsirac Siraclı və ali və orta ixtisas təhsili müəssisələrinin EKO klublarının fəal nümayəndələri iştirak edib.
Görüş zamanı 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması, 26 oktyabr tarixdə muxtar respublikada keçirilən GreenFest və ölkəmizdə keçiriləcək COP29 tədbirinin əhəmiyyəti və bu istiqamətdə görülən işlər haqqında müzakirələr aparılıb, gənclərin yanaşmaları və təklifləri dinlənilib.
Qeyd edilib ki, ölkə başçısının uğurlu siyasətinin nəticəsi olaraq COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi öncəsində bütün regionlarda olduğu kimi Naxçıvanda da aid festival və digər tədbirlərin təşkil olunması muxtar respublika əhalisinin maarifləndirilməsi işinə, o cümlədən gənclərin potensialının da üzə çıxarılmasına öz töhfəsini verir. Bu uğurlu siyasətin davamçıları kimi muxtar respublika gənclərinin hər zaman olduğu kimi ekoloji tarazlığın qorunması, iqlim dəyişikliklərinə qarşı mübarizədə öz həmrəyliklərini nümayiş etdirməsi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Tədbirdə layihə rəhbərləri layihənin icrası zamanı qazandıqları təcrübələrini iştirakçılarla bölüşüb, Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən qrant müsabiqələrinin gənclərin idarəetmə bacarıqlarının dəstəklənməsinə böyük təsir etdiyini vurğulayıb, gələcək bu kimi müsabiqələrdə daha çox gəncin iştirakının təmin olunması ilə bağlı söhbət aparıblar.
Digər xəbərlər