NAXÇIVAN :

06 Fevral 2026, Cümə

Zəfər Gününün beşilliyi münasibətilə hərbi orkestrlərin müşayiəti altında yürüşlər keçirilib

...

Cari ilin planına əsasən, Zəfər Gününün beşilliyinin qeyd olunması münasibətilə noyabrın 6-da Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub.

"Şərq qapısı" xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, yürüşlərdən əvvəl Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Hərbi orkestrlərin vətənpərvərlik mahnılarını ifa etmələri, həmçinin marşların sədaları altında keçirilən yürüşlər vətəndaşlarımız tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Nəşr edilib : 06.11.2025 12:49