İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatın...
15:00 07.10.2026
0
0
0
NAXÇIVAN :
07 Oktyabr 2026, Çərşənbə
İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ədliyyə nazirlərinin 3-cü iclası keçirilib.
"Şərq qapısı" TDT-nin məlumatına istinadla xəbər verir ki, oktyabrın 7-də “Çırağan” sarayında keçirilən görüşdə TDT-nin Baş katibi Kubanıçbek Ömuralıyev, Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov, Türkiyənin ədliyyə naziri Akın Gürlek, Qazaxıstan ədliyyə nazirinin müavini Botagöz Şaymardanovna Jakselekova, Qırğızıstanın ədliyyə naziri Almaz Ayılçiyev və Özbəkistanın ədliyyə naziri Akbar Taşkulov iştirak ediblər.
Tədbirdə Türk dövlətləri arasında ədliyyə sahəsində əməkdaşlığın gücləndiyi, Astana və Bakıda qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq onun konkret addımlara çevrildiyi bildirilib.
Qeyd olunub ki, 2026-cı il aprelin 3-də Bakıda imzalanmış “Türk məhkəmə-tibbi şəbəkəsi” haqqında Anlaşma Memorandumu ölkələrin məhkəmə-tibb müəssisələri arasında yeni əməkdaşlığa imkan verəcək. Eyni zamanda, “Hüquqi məsələlər üzrə çoxtərəfli hüquqi yardım Sazişi”nin tətbiqi TDT dövlətləri arasında hüquqi yardımı daha sürətli, daha effektiv və daha proqnozlaşdırıla bilən hala gətirəcək. Bu sənədin imzalanma mərhələsinə çatdırılması üçün mütəxəssislər tərəfindən görülən işlər tezliklə başa çatdırılacaq. TDT ölkələrinin “Elektron ədliyyə sistemi” isə üzv dövlətlərin təcrübələrini bir araya gətirməyə kömək edəcək.
İclasda müzakirə edilən və razılaşdırılan mövzuları özündə əks etdirən birgə Bəyanat imzalanıb.
Bəyanatda türk dövlətləri arasında məhkəmə əməkdaşlığının gücləndirilməsi üçün ortaq məqsədlər və səylər, eləcə də məhkəmə-tibb, məhkəmə yardımı, notariat xidmətləri, rəqəmsal ədliyyə və peşə təhsili sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı müddəalar yer alıb.
Tədbirdə, həmçinin TDT ədliyyə nazirlərinin 4-cü iclasının 2027-ci ildə Qırğızıstanda keçirilməsi barədə razılıq əldə olunub.
Digər xəbərlər