Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatın...
14:59 07.10.2026
0
0
0
Azərbaycanla Niderlandın "C. Steinweg Group" şirkəti Orta Dəhliz üzrə birgə layihələri müzakirə edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Bununla bağlı müzakirələr azərbaycanlı nazirin Niderlandın "C. Steinweg Group" şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüşdə aparılıb.
"Kritik minerallar və logistika sahəsində əməkdaşlıq imkanlarını, eləcə də saxlama-anbar komplekslərinin yaradılması məsələlərini müzakirə etdik. Xüsusilə, Orta Dəhliz üzrə birgə layihələri və bu istiqamətdə infrastruktur imkanlarının genişləndirilməsi barədə fikirKr mübadiləsi apardıq", - M.Cabbarov qeyd edib.
Digər xəbərlər