Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq k...
12:17 07.10.2026
0
0
0
Azərbaycan Ümumdünya Poçt İttifaqının (UPU) həm İnzibati Şurasında, həm də Poçt Əməliyyatları Şurasında təmsil olunan azsaylı ölkələrdəndir.
"Şərq qapısı" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Poçt İttifaqının (UPU) baş direktoru Masahiko Metoki deyib.
O bildirib ki, Azərbaycan hər iki şuraya seçilərək ittifaq çərçivəsində daha fəal rol oynamaq üçün mühüm imkan əldə edib: “Seçkilərdə qalib gəlmək asan deyil. Azərbaycan isə UPU-nun həm İnzibati Şurasında, həm də Poçt Əməliyyatları Şurasında yer qazanıb. 192 ölkə arasında yalnız təxminən 30 ölkə hər iki şurada belə yerlərə sahibdir”.
Baş direktor Azərbaycanın təşkilat daxilində daha fəal iştirakının mühüm nəticələr verəcəyinə ümidvar olduğunu deyib: “Ümid edirəm ki, Azərbaycanın daha fəal rolu bu cür müzakirələrə töhfə verəcək. Azərbaycanı forumlarımıza və işçi qruplarımıza dəvət etmişik, xüsusilə rəqəmsallaşma sahəsindəki təcrübəsindən istifadə etməklə bu istiqamətdə mühüm töhfə verəcəyinə ümid edirik”.
Digər xəbərlər