NAXÇIVAN :

10 Mart 2026, Çərşənbə axşamı

Zakir Həsənov Türkiyədə səfərdədir

...

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir.
Bu barədə "Şərq qapısı" na Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qardaş ölkəyə səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Ankarada türkiyəli və gürcüstanlı həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Nəşr edilib : 08.10.2025 19:47