Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb...
11:42 21.09.2026
0
0
0
Oktyabrın 2-də Türkiyənin Ərzurum vilayətində Zəngəzur dəhlizinin Anadolunun şərqində yerləşən vilayətlərin inkişafına töhfəsi mövzusunda müzakirələr keçiriləcək.
"Şərq qapısı" xəbər verir ki, Türkiyənin bir sıra iri sənaye şirkətləri və investisiya firmalarının nümayəndələrinin iştirakı ilə keçiriləcək müzakirələrin təşəbbüskarı Ərzurum İnkişaf Fondudur (ER-VAK).
Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək yeni marşrutun regiona iqtisadi-ticari və strateji təsiri hərtərəfli müzakirə olunacaq.
Ərzurum və ona bitişik vilayətlərin biznes ictimaiyyətinin nümayəndələri yeni nəqliyyat-logistika marşrutunun Türkiyə üçün yaratdığı imkanları nəzərdən keçirəcəklər.
Digər xəbərlər