NAXÇIVAN :

21 Sentyabr 2026, Bazar ertəsi

Şərurda ev yanıb

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Zeyvə kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb.

Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 216 kvadratmetr olan fərdi yaşayış evinin 36 kvadratmetr salon otağı, 16 kvadratmetr yataq otağının yanar konstruksiyaları və dam örtüyü yanıb, fərdi yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunub.

Nəşr edilib : 21.09.2026 10:42