Enerji diplomatiyasında yeni mərhələ
23:30 07.04.2025
0
0
0
NAXÇIVAN :
07 Aprel 2025, Bazar ertəsi
Yovşan bоzumtul tüklü yаrımkоlcuqdur. Gövdəsi (15) 30-50 santimetr hündürlükdə, vegetаsiyаnın ilk mərhələsində аğımtıl tüklü, sоnrаlаr isə qаlın tüklü və qоl-budаqlаrа mаlikdir. Əsаsındаn bir qədər yuхаrıdа budаqlаnаn bitkidir. Аşаğı gövdə yаrpаqlаrı 2,5-3,5 santimetr uzunluqdа оlub uzunsоv, iki dəfə lələk şəklində dilimli, dilimləri nаzik sаpvаri və yа хətvаridir. Səbətləri оturаq, yumurtаvаri və yа şаr fоrmаdаdır. Çiçəkləri sаrıdır. Sentyаbr-оktyаbrdа çiçəkləyir, оktyаbr-nоyаbrdа isə tохumlаrı yetişir. Tərkibində çохlu efir yаğlаrı оlduğundаn kəskin qoxuya və аcı dаdа mаlikdir.
Tərkibindəki efir yаğlаrı orqanizmi stimullaşdırır, iştahanı artırır, həzmi asanlaşdırmağa kömək edir. Mədə üçün çox faydalıdır. Bağırsaqlardakı parazit qurdları azaltmağa kömək edərək bağırsaq spazmlarını aradan qaldırır. Bədəndə qida maddələrinin sorulmasını asanlaşdırır. Antioksidantlarla zəngindir. Stres və gərginlik vəziyyətlərində sakitləşdirici təsir göstərir. İmmun sistemini gücləndirir və orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır. Yüksək qızdırma salıcıdır. Qan dövranını tənzimləyir. Dəri səthində ağrıları azaldır.
Onu da qeyd etmək lazımdır ki, hər bir dərman bitkisinin yaxşı təsiri olduğu kimi, əks-təsir də göstərə bilir. Yovşan müxtəlif allergik reaksiyalara səbəb ola bilər: dərinin qızartısı, qaşınma, səpgi, nəfəs darlığı kimi əlamətlər göstərir. Həddindən artıq istifadə edildikdə əzələ spazmları və sinir sisteminə təsir edə biləcək digər problemlərə səbəb ola bilər. Yovşandan çox istifadə ürəkbulanma, qusma, başağrısı, başgicəllənmə, qarın ağrısı və ishal kimi problemlərə də səbəb ola bilər.
Buna görə dərman bitkilərindən istifadə etdikdə diqqətli olmalı, hər bir bitkinin təsir və əks-təsirlərini öyrəndikdən sonra istifadə edilməlidir.
Turan MƏMMƏDLİ
biologiya üzrə fəlsəfə doktoru
Digər xəbərlər