NAXÇIVAN :

21 May 2026, Cümə axşamı

Yetkinlik yaşına çatmayanlarla bağlı Şərurda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanlar tərəfindən və ya onlara qarşı törədilən hüquqpozmaların vaxtında qarşısının alınması və bu sahədə profilaktiki işlərin kəsərliliyinin artırılması” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mahir Babayev giriş sözü ilə çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Şərur Rayon Təhsil Şöbəsinin müdiri Əli Mehdiyev, Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər İsgəndərov mövzu ilə bağlı çıxış ediblər. Tədbirdə Şərur, Kəngərli və Sədərək rayonlarının təhsil işçiləri iştirak ediblər.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 21.05.2026 16:41