Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə i...
23:16 15.08.2026
0
0
0
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) baş vermiş zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkə hesabında paylaşım edib.
"İndoneziyada baş verən insan tələfatı, eləcə də xəsarətlərlə nəticələnən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirib.
Həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik.
Bu çətin zamanda İndoneziya xalqının yanındayıq", - paylaşımda qeyd olunub.
Digər xəbərlər