NAXÇIVAN :

15 Avqust 2026, Şənbə

İndoneziya sahillərində yenidən güclü zəlzələ baş verib

...

İndoneziya sahillərində 6,0 maqnitudalı zəlzələ qeydə alınıb.
"Şərq qapısı" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Sulavesi adasındakı Palu şəhərindən 128 kilometr şimalda yerləşib. Şəhərdə təxminən 282 min nəfər yaşayır. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Qeyd edək ki, bu, sutka ərzində adada qeydə alınan artıq üçüncü zəlzələdir. Daha əvvəl İndoneziya sahillərində 7,7 və 6,8 maqnitudalı iki zəlzələ nəticəsində 47 nəfərin öldüyü bildirilmişdi.

Nəşr edilib : 15.08.2026 22:41