NAXÇIVAN :

20 Avqust 2026, Cümə axşamı

Yaycı kənddaxili avtomobil yolları əsaslı təmir olunur

...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində ümumi uzunluğu 16,2 kilometr olan Culfa rayon Yaycı kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinə başlanılıb.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, hazırda ərazidə yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının və yol əsasının inşası istiqamətdə işlər davam etdirilir. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 16,2 kilometrlik avtomobil yoluna 2 qat asfalt örtüyü döşənəcək.
Qeyd edək ki, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin nəzarəti altında mərhələli şəkildə həyata keçirilir.

Nəşr edilib : 01.07.2026 14:48