NAXÇIVAN :

30 Yanvar 2025, Cümə axşamı

Yaxın qohumunu qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

...

"Şərq qapısı" xəbər verir ki, 2024-cü ilin İyunun 24-də 1980-ci il təvəllüdlü Culfa rayon Bənəniyar kənd sakini Muradova Elfanə Məhərrəm qızının öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İbtidai istintaqla 1984-cü il təvəllüdlü Əliyev Ruslan Məhərrəm  oğlunun şəxsi münasibətlər zəminində  bacısı Elfanə Muradovaya küt alətlə (dəmir parçası ilə) xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ruslan Əliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Nəşr edilib : 28.01.2025 17:14