NAXÇIVAN :

20 Iyun 2025, Cümə

“Yallı festivalı - 2025” adlı tədbir keçirilib

...

İyunun 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Uşaq Teatrında “Yallı festivalı - 2025” adlı tədbir keçirilib. Festival xalqımızın çoxəsrlik ənənələrindən biri olan yallı sənətinin qorunması, təbliği və yeni nəslə sevdirilməsi məqsədilə təşkil olunub.

"Şərq qapısı" xəbər verir ki, müsabiqə xarakteri daşıyan festivalda Naxçıvan Muxtar Respublikasının şəhər və rayon mədəniyyət idarə və şöbələrinin tabeliyində fəaliyyət göstərən mədəniyyət sarayı və mədəniyyət evlərinin 14 yallı kollektivi iştirak edib. Kollektivlər, ümumilikdə, 18 müxtəlif yallı növü ilə çıxış ediblər. 
Festivalın sonunda münsiflər heyətinin qərarına əsasən qaliblər müəyyənləşdirilib. Birinci yerə Yuxarı Aralıq Kənd Mədəniyyət Evinin “Bahar” yallı kollektivi layiq görülüb.
İkinci yer Milax Kənd Mədəniyyət Evinin yallı kollektivi və Gümüşlü Kənd Mədəniyyət Evinin “Gümüşgöl” yallı kollektivi arasında bölüşdürülüb.
Üçüncü yer Ordubad Rayon Mədəniyyət Sarayının “Gilan” yallı kollektivi və Şərur Rayon Mədəniyyət Sarayının “İncilər” yallı kollektivi arasında bölüşdürülüb.
Bundan əlavə, festivalda uğurlu çıxış edən bir sıra kollektivlər fəxri fərmanlarla təltif olunublar.
Çərçiboğan Kənd Mədəniyyət Evinin “Fidanlar” kollektivi
Kosocan Kənd Klubunun “Gənclər” yallı kollektivi
Xanlıqlar Kənd Mədəniyyət Evinin “Qönçələr” kollektivi
Şahbuz Rayon Mədəniyyət Sarayının “Batabat” yallı kollektivi təltif olunublar. 
Yallı festivalı milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi yolunda mühüm addımlardan biri olmaqla yanaşı, bölgələr arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə də töhfə verir.

Nəşr edilib : 19.06.2025 20:29