NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Yakutiyada An-3 təyyarəsi qəzaya uğrayıb, ölənlər var

...

Yakutiyada An-3 yük-sərnişin təyyarəsi qəzaya uğrayıb. Sərt eniş nəticəsində bir nəfər ölüb. İlkin versiyaya görə, qəzaya səbəb mühərrikin sıradan çıxması olub.
Bu barədə Rusiya mediası məlumat yayıb.
URA.RU-nun məlumatına görə, təyyarənin göyərtəsində beş nəfər - üç ekipaj üzvü və iki sərnişin olub.
Bölgədə Fövqəladə Hallar Nazirliyi bir nəfərin öldüyünü bildirir. İlkin məlumatlara görə, uçuş qızıl hasilatı şirkətlərindən birinin podratçıları tərəfindən həyata keçirilib. Təyyarə Olekminsk-Jeleznoqorsk-İlimski marşrutu ilə uçurmuş. An-3 təyyarəsi Borus Airlines şirkətinə məxsusdur.

Nəşr edilib : 13.10.2024 11:22