NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Xüsusi nümayəndələr Ermənistan-Türkiyə normallaşma prosesini müzakirə edib - YENİLƏNİB

...

Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu xəttinin bərpası və istismara verilməsi üçün texniki araşdırmalar aparmağı planlaşdırır.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi nümayəndələrin görüşünə dair bəyanatında deyilir.

Rubinyan və Sərdar Kılıç, eyni zamanda, ali təhsil müəssisələrinin tələbələri üçün təqaüd imkanları yaratmaq və tarixi Ani körpüsünün birgə bərpası yolu ilə mədəni və akademik sahələrdə əməkdaşlığı gücləndirmək üçün səy göstərməyə razılaşıblar.

Xüsusi nümayəndələr, həmçinin 2026-cı ilin yayından etibarən müxtəlif istiqamətlərə uçuşlar həyata keçirən digər maraqlı şirkətlərin cəlb edilməsinə yönəlmiş zəruri işlərin görülməsi barədə razılaşıblar.

***

16:58

Xüsusi nümayəndələr Ermənistan-Türkiyə normallaşma prosesini müzakirə edib.

"Şərq qapısı" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan parlamentdə bildirib.

Onun sözlərinə görə, türkiyəli həmkarı Sərdar Kılıçla iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

Nəşr edilib : 12.09.2025 17:57