Gələn həftə Azərbaycana yaz fəsli daxil olur
16:33 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
“Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər – hansılar ki işğal altında idi və separatçılar orada at oynadırdılar, – azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Biz Xocalıda böyük abadlıq işlərinə də start vermişik”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Xocalı dünən
Xocalı. Bu adı eşidəndə gözümüzün önündə qocaların ərşə dayanan fəryadı canlandı, günahsız körpələrin çığırtısı qulaqlarımızda cingildədi, ürəyimiz sızladı. Hər foto, hər kadr 25-dən 26-na keçən gecə yaşanan dəhşətlərin miqyasını göstərirdi. 1991-ci ilin oktyabrından Xocalı mühasirəyə alınmışdı. Şəhərə aparan bütün avtomobil yolları bağlanmış, sonuncu vertolyot isə 1992-ci il yanvarın 28-də enmişdi. Xocalıya elektrik enerjisinin verilməsinin dayandırılmasına, yolların bağlanmasına, mövcud təhlükəyə rəğmən şəhər sakinləri öz yurdunu tərk etmir, müqavimət göstərir və yaşayırdılar. Ta erməni faşistləri öz havadarları ilə birgə aylarla mühasirədə saxladıqları bu dinc şəhəri yerlə yeksan edənədək.
Xocalı soyqırımı yalnız ölkəmizə qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır insanlıq faciəsi idi ki, bu tarixi faciəni hər il dərin hüznlə qeyd etmişik.
Xocalının səsi
Ötən illər Xocalının qaysaq bağlamış yarasını örtmədi. Əksinə, düşmənin iç üzünü göstərən Xocalının səsi bütün dünyaya duyuruldu. Yetişən gənclik bu səsin sədaları altında böyüdü. Xocalıda narahat ruhlar dolanırdı, torpaq öz doğmalarını səsləyirdi, öz sakinlərinin yolunu gözləyirdi. 44 günlük Vətən müharibəsində qazanılan zəfər haqqın, ədalətin təntənəsi idi. Nəhayət, 30 illik həsrətdən sonra xalq öz Zəfərini qeyd etdi. 2020-ci il Azərbaycan tarixinə “Zəfər ili” kimi yazıldı. Xocalı faciəsini ekranlardan görmüş gənclər döyüş meydanında hünər göstərmiş, öz qanları bahasına da olsa, əzəli ata-baba torpaqlarımızı düşməndən azad etmişdilər. Bu qalibiyyət uşaqdan böyüyə hər kəsdə qürur, əzmkarlıq hissi yaratdı. Azərbaycanın üçrəngli Dövlət Bayrağı işğaldan azad edilən torpaqlarda – Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada dalğalandı. Çox mühüm tarixi hadisələr yaşanırdı və biz bu hadisələrin tarixi şahidləri idik.
Səbirlə, dəqiqliklə hədəfə doğru
“Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Ölkə başçısı cənab İlham Əliyevin qətiyyəti, dəqiqliyi, siyasi və diplomatik müstəvidəki uğurları addım-addım bizi Xocalıya yaxınlaşdırırdı.
Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikasının Prezidenti 2022-ci il 28 yanvar tarixli Sərəncam imzaladı. Ölkə başçısı və birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi, qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar Xətai rayonunda ucaldılan Xocalı abidəsinin yerləşdiyi əraziyə ümumxalq yürüşü keçirildi. Lakin əvvəlki illərdən fərqli olaraq, alnıaçıq, üzüağ, qalib xalqın nümayəndələri kimi.
2023-cü ilin sentyabrında yüksək peşəkarlıqla həyata keçirilən birgünlük antiterror əməliyyatı ilə dövlətimizin suverenliyi, ərazi bütövlüyümüz tam bərpa olundu. Ərazilərimiz, o cümlədən Xocalı şəhəri separatçılardan təmizləndi. Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmadi, 31 ildən sonra ürəyi nisgilli Xocalı öz gerçək sahiblərini qarşıladı. Oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində və rayonun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu, böyük tarixi nailiyyət idi. Xocalılıların yarasına məlhəm olacaq ən böyük nailiyyət. Dünyanın illərlə biganə qaldığı, ədalət tanımadığı Xocalıda ölkə başçısı öz əzmi, iradəsi, siyasi və diplomatik arenada “döyüşü” ilə ədaləti bərpa etmişdi. Dövlətimizin başçısı əsas diqqətini separatçıların qanlı yuvaya çevirdiyi Xocalının qısa zamanda abad, gözəl şəhərə çevrilməsinə, kəndlərinin yenidən canlanmasına yönəltdi. Antiterror əməliyyatından dərhal sonra Xocalının bərpası istiqamətində görülən işlər faciə tarixi yazılmış şəhərin simasını başdan-ayağa dəyişdi. Doğmalarının sığalına həsrət qalmış, sakinləri qədər zülm içində qovrulmuş torpağa can vermək əsas hədəfə çevrildi. Prezidentin Xocalıya hər səfəri bu torpaqların dirçəlişi, özünəqayıdışı, sakinlərinin sevinci ilə əlamətdardır.
2024-cü il 26 fevral tarixdə Xocalı soyqırımının faciə qurbanları elə Xocalıda anıldı. Ölkə başçısı Xocalı şəhərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Xocalı Soyqırımı Memorial Kompleksinin təməlini qoymaqla soyqırımı qurbanlarının xatirəsini gələcək nəsillər üçün, eləcə də bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması naminə əbədiləşdirdi. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə ölkə başçısı bildirdi ki, bu layihə üçün Bakı şəhərində yer də seçilmişdi, lakin mən inanırdım ki, biz buraya qayıdacağıq: “Mən bilirəm ki, siz xocalılılar o vaxt bütün Azərbaycan xalqı kimi sevinmisiniz. Onu da bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq. Halbuki siz də bilirdiniz, mən də bilirəm ki, hər şey ədalətli olacaq. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik”.
“Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Prezident İlham Əliyevin 2025-ci il 25 fevral tarixli Sərəncamına əsasən Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması məqsədilə Mədəniyyət Nazirliyinə 18,3 milyon manat ayrılıb.
Böyük Qayıdışın Xocalı səhifəsi
Ötən il mayın 28-də – Müstəqillik Günündə ölkəmizin bütün bölgələri, həmçinin Xocalı al bayraqlarla bəzədilmişdi. Suverenliyimiz və ərazi bütövlüyümüzün də tam bərpa olunduğu tarixi dönəmdə növbəti müstəqillik gününü qeyd etmək ədalətin təntənəsi idi. Məhz belə bir tarixi günü Prezident cənab İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə qeyd edir, onların sevincinə şərik olmaq, xoş gələcəyə inamlarını möhkəmləndirmək üçün. 32 ildən sonra öz doğma yurdlarına qovuşan xocalılılar ölkə başçısına minnətdarlıqlarını bildirir, hədsiz sevinclərini ifadə edirlər.
“Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir”, – deyən ölkə başçısının diqqəti və qayğısı ilə Xocalıda qısa zamanda böyük işlər görülüb.
“Xocalı gözəl bir park şəhəri olsun”
Xocalının Baş planı hazırlanarkən şəhərin nəqliyyat qovşağı və logistika mərkəzi kimi inkişaf etdirilməsi nəzərdə tutulub. Bu, Xocalı Beynəlxalq Hava Limanının, respublika əhəmiyyətli avtomobil yollarının və çəkiləcək dəmir yolunun mövcudluğu ilə reallaşacaq. Baş plana əsasən Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf edəcək. Burada bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyəti üçün geniş imkanlar açılacaq ki, bu da Xocalıda qaynar həyatı təmin edəcək.
Bununla belə kənd təsərrüfatı, ticarət və sənaye region üçün iqtisadiyyatın dayaqlarını təmin edəcək. Şəhərin ətrafındakı zəngin kənd təsərrüfatı torpaqları, kiçik aqroparkların yaradılması və müxtəlif tikinti materialları istehsalı, yüngül sənaye və qida sənayesi obyektlərinin qurulması ilə şəhərin iqtisadiyyatı şaxələndiriləcək. Bu şaxələnmə, öz növbəsində, əhalinin məşğulluğunun təmin olunmasına da mühüm töhfə verəcəkdir.
Həmçinin qonşu yaşayış məntəqələri – Ağdam, Xankəndi, Şuşa ilə yaxın məsafədə yerləşməsi Xocalını tranzit nöqtəsinə çevirəcək, bölgədə iqtisadi fəaliyyətlərin genişlənməsi yeni investisiyaların cəlb edilməsi baxımından da əhəmiyyətli rol oynayacaq. “Əsas odur ki, Xocalı gözəl bir park şəhəri olsun”, – deyə Xocalının inkişafı və yaşıl gələcəyi üçün ən gözəlini düşünən və bunun üçün müvafiq tapşırıqlar verən ölkə başçısının arzuları reallaşdırılır.
Daha işıqlı və xoşbəxt gələcəyə doğru
“Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi. Çünki müharibədən və işğaldan, Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi”. Bu fikirləri ölkə başçısı bu il fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində bir qrup sakinlə görüşü zamanı deyib. Fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan Prezident İlham Əliyev bildirib ki, Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir.
Növbəti köç karvanı fevralın 24-ü Xocalının Ballıca kəndinə çatıb. 95 nəfər (22 ailə) daimi yaşamaq üçün Ballıca kəndindəki fərdi yaşayış evlərinə köçürülüb. Xatırladaq ki, fevralın 4-ü Ballıca kəndində ilk körpə dünyaya gəlib. Yenidən doğulan Xocalıda daha neçə-neçə körpə doğulacaq.
Xocalının bugünkü mənzərəsi gələcəyinin daha işıqlı, daha xoşbəxt, qayğısız olacağını vəd edir. 31 ilin qaranlığından silkinib qısa zamanda aydınlığına qovuşan Xocalı dövlətin qayğısı, geri dönən sakinlərinin sevgisi, şən gülüşləri ilə tarixinin yeni mərhələsini yaşayır. O mərhələsini ki keçmişindən daha aydın, daha parlaq, daha modern bir şəhər olaraq dünyaya gözəllik, sülh, sevgi saçacaqdır.
Lakin o tarix – 26 fevral 1992-ci il heç zaman unudulmayacaqdır!
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər