Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızı...
22:00 30.10.2026
0
0
0
“Belə elmi platformalar gənc tədqiqatçıların bilik və bacarıqlarının inkişafına, elmi mühitə inteqrasiyasına, eləcə də ölkədə elmi potensialın gücləndirilməsinə xidmət edir”.
Bu fikirləri jurnalistlərə açıqlamasında Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli deyib. O NASCO29 konfransının ölkəmizdə elmi potensialın artırılması, elmin inkişafı və gənc alimlərin formalaşması baxımından əhəmiyyətini vurğulayıb. Rektor, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi mühüm fikirlər sırasında insan kapitalının formalaşdırılması xüsusi yer tutur. Ölkənin əldə etdiyi nailiyyətlərin davamlılığının yalnız sosial-iqtisadi və hərbi güclə deyil, eyni zamanda insan kapitalının inkişafı ilə bağlı olduğunu diqqətə çatdırıb.
Nurəli Yusifbəylinin sözlərinə görə, miqyasına və məzmununa görə ən böyük respublika elmi konfransı olan NASCO29-da məhz bu məqsədlərə xidmət edir: “Hesab edirəm ki, bu konfransdan əldə olunacaq nəticələr universitetlər, ölkəmiz və bütövlükdə, cəmiyyətimiz üçün faydalı olacaq, yeni tədqiqatlara və nəticəyönümlü fəaliyyətlərə imkan yaradacaq”.
Digər xəbərlər