NAXÇIVAN :

30 Oktyabr 2026, Cümə

“Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib

...

Oktyabrın 30-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə olunması sahəsində ictimai maarifləndirməni artırmaq məqsədilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, Culfa şəhəri, Mehdi Hüseynzadə küçəsində təşkil olunan aksiya zamanı vətəndaşlar ümumi tutumu 848 litr olan plastik, 97 litr olan şüşə tullantı, 66 ədəd işlənmiş batareya təhvil verərək əvəzində 50 ədəd badam, sərv, alma və həmişəyaşıl tingləri əldə ediblər.
Aksiyanın keçirilməsində məqsəd əhalinin tullantıların çeşidlənməsi və təkrar emala yönləndirilməsi istiqamətində fəal iştirakını təmin etmək, tullantıların ətraf mühitə mənfi təsirlərini azaltmaq, ekoloji düşüncəni formalaşdırmaq, həmçinin yaşıllıqların artırılmasına və cəmiyyətin ekoloji məsuliyyətinin gücləndirilməsinə dəstək olmaqdır.

Nəşr edilib : 30.10.2026 18:44