Təyyarə qəzasında həlak olanların nəşinin müayinəs...
00:52 29.12.2024
0
0
0
Cari ildə Azərbaycan minalardan əziyyət çəkən ölkə kimi problemin aradan qaldırılması üçün dialoqları davam etdirib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.
Məlumata görə, minalardan əziyyət çəkən ölkə kimi Azərbaycan bu problemin aradan qaldırılması üçün aparılan genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə beynəlxalq səviyyədə məlumatlandırma işini və humanitar minatəmizləmə əməliyyatlarına beynəlxalq yardımın cəlb edilməsi istiqamətində səylərini davam etdirib.
“Azərbaycan bu məqsədlə, ikitərəfli və çoxtərəfli formatlarda diplomatik fəallıq göstərib, BMT, UNESCO, Avropa İttifaqı, NATO daxil olmaqla beynəlxalq təşkilatlar və bir sıra ölkələrlə ölkəmizdəki mina probleminin aradan qaldırılması üzrə əməkdaşlıq yolları barədə dialoqu davam etdirib”.
Həmçinin əlavə olunub ki, artıq ənənə halını almış, humanitar minatəmizləmə mövzusunda Bakıda illik əsasda keçirilən beynəlxalq konfrans bu sahədə mühüm dialoq formatına çevrilib.
“Mayın 30-31-də Azərbaycan və BMT-nin birgə təşkilatçılığı ilə Zəngilan və Bakı şəhərlərində “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsizlik və yaşıl gələcəyə doğru resursların səfərbər edilməsi” mövzusunda 3-cü beynəlxalq konfrans keçirilib”.
Digər xəbərlər