NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Hava şəraitinə görə Bakı–Naxçıvan aviareysləri ləğv edilib

...

Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) iyunun 27-də planlaşdırılan Bakı-Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.
“Şərq qapısı” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb. “Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşların ştat rejimdə icrası davam edəcək. AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir”, - deyə məlumatda bildirilir.

Nəşr edilib : 27.06.2026 14:31