Moldova mediası: Dünya şəhərlərinin gələcəyi Bakıd...
15:10 18.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən aprelin 12-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib.
“Şərq qapısı” xəbər verir ki, monitorinqdə 4 minə yaxın şagird iştirak edib. Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub. Qeyd edək ki, qiymətləndirmə monitorinqində rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlərimiz tərəfdaş şirkətlər tərəfindən mükafatlandırılacaq
Digər xəbərlər