NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Xarici işlər nazirinin müavini Cenevrədə bir sıra görüşlər keçirib, əməkdaşlıq imkanları müzakirə olunub

...

Fevral 23-26-da Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasının yüksəksəviyyəli seqmentində iştirak etmək məqsədilə Cenevrə şəhərinə işgüzar səfərdə olub.

"Şərq qapısı" xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində nazir müavini Elnur Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edib, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirib.

Səfər çərçivəsində nazir müavini həmçinin Qvatemalanın xarici işlər naziri Karlos Ramiro Martinez Alvarado, Şri-Lankanın xarici işlər naziri Vijita Hert, Maldivin xarici işlər naziri Abdulla Xəlil, Nepalın xarici işlər naziri Arzu Rana Deuba, Kosta-Rikanın xarici işlər nazirinin müavini Alehandro Solano Ortiz, İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru Nura Zaid Alrşud ilə görüşlər keçirib.

Görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlərdən irəli gələn məsələlər, postmünaqişə dövründə mövcud regional vəziyyət, ölkəmizin yenidənqurma və sülh səyləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz və bu çərçivədə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşlər zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 26.02.2025 18:44