NAXÇIVAN :

20 May 2026, Çərşənbə

“Xankəndi” futbol üzrə Azərbaycan I Liqasına vəsiqə qazanıb

...

Futbol üzrə Azərbaycan II Liqasının qalibi bəlli olub.
“Şərq qapısı” xəbər verir ki, sonuncu - XXVII turda səfərdə "Şəmkir"ə 1:0 hesabı ilə qalib gələn "Xankəndi" I Liqaya vəsiqə qazanıb.
Komanda mövsümü 76 xalla bitirib.
Ən yaxın izləyici "Qaradağ Lökbatan" isə 71 xalla turnir cədvəlini ikinci pillədə başa vurub. Lökbatan klubu I Liqanı 9-cu sırada tamamlayan komanda ilə pley-offda qarşılaşacaq.

Nəşr edilib : 18.05.2026 19:41