NAXÇIVAN :

13 Aprel 2025, Bazar

Xalq artisti Mübariz Tağıyev: “Naxçıvan Dövlət Universitetində istedadlı tələbələrə şərait yaradılır”

...

 “Bədii yaradıcılıq müsabiqə-festivalında məni sevindirən budur ki, fərqli universitetlərdə seçim mərhələlərində iştirak edir, istedadlı tələbələrimi tanıyırıq. Lakin qeyd etməliyəm ki, Naxçıvan Dövlət Universitetində istedadlı tələbələr çoxdur. Onların istedadlarını üzə çıxarılması üçün universitet tərəfindən şərait yaradılır". 
“Şərq qapısı” xəbər verir ki, bu sözləri bədii yaradıcılıq-müsabiqə festivalının seçim mərhələsində jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev deyib. 
O deyib: “Təbii ki, yekun konsertdə iştirak etmələri üçün istedadlı tələbələr arasında da seçimlər olacaq. Görürük ki, rəqs ansamblları da yaxşı vəziyyətdədir. Hətta qeyd edim ki, saz sənəti də ruhumuzu oxşayaraq gözəl təsvir olundu. Biz buna təəccüblənmirik. Çünki Naxçıvanda həmişə istedadlı gənclər çox olub. Gənclərimizə uğurlar arzulayıram və əminəm ki, yekun konsertdə də gözəl ifaları ilə hər kəsi sevindirəcəklər”.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 12.04.2025 19:36