Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qe...
12:51 26.08.2026
0
0
0
Fiziki şəxslərin müddətli əmanətləri iyul ayında dəyişməyib.
"Şərq qapısı" Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 71,7 faizi (12 milyard 522,4 milyon manat) milli valyutada, 28,3 faizi (4 milyard 944,2 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 64,9 faizi (11 milyard 342,2 milyon manat) müddətli əmanətlərdən ibarətdir.
Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 120,7 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74,7 faizini təşkil edib.
Cari ilin iyul ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1,2 faiz (2755 əmanətçi), ilin əvvəlindən 15,1 faiz (29 min 230 əmanətçi) artaraq 223,4 min nəfər olub.
Digər xəbərlər